Atasını partlayıcı ilə öldürməyə cəhd edən şəxs və ona kömək edən 3 nəfər həbs cəzası alıb.
Day.Az xəbər verir ki, hadisə Türkiyənin Mardin vilayətində baş verib.
İstintaqa görə, 2024-cü ildə oğul atasının avtomobilinə partlayıcı yerləşdirib. Ata şübhəli bağlamanı görərək yaxınlıqdakı boş binaya atıb və partlayış orada baş verib.
Məhkəmə əsas təqsirləndirilən şəxsə 17 il 6 ay, digər şübhəlilərə isə 7 ildən 17 ilə qədər həbs cəzası verib.