ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.
“Təhlükəsizlik məsələlərində yekdillik prinsipi Aİ-ni mövcudluq təhlükəsi vəziyyətinə sala bilər”
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Avropa İttifaqında (Aİ) səsvermədə yekdillik prinsipinin ləğv edilməsinə çağırıb. AYNA.AZ xəbər verir ki, bu barədə "Le Monde" qəzeti məlumat yayıb.
Vadeful bildirib ki, "ixtisaslı səsvermə Brüsselə, xüsusən də ortaq xarici və təhlükəsizlik siyasəti sahəsində daha sürətli hərəkət etməyə imkan verən əsas vasitədir".
O təhlükəsizlik məsələlərində yekdillik prinsipinin Aİ-ni mövcudluq təhlükəsi vəziyyətinə sala biləcəyini vurğulayıb. O Ukrayna ilə bağlı səsvermələri nümunə kimi göstərib.
Almaniyanın xarici işlər naziri həmçinin "vaxtından əvvəl" üzvlüyə qarşı çıxan bəzi üzvlərin narahatlıqlarını aradan qaldırmaq üçün Aİ-yə qoşulmaq üçün "addım-addım" bir proses təklif edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.