Norveç hakimiyyəti bir daha Rusiya diplomatlarını İkinci Dünya müharibəsinin bitməyini qeyd etmək üçün anım mərasimlərinə dəvət etməkdən imtina edib.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiyanın Oslodakı səfirliyindən bildirilib.
"2022-ci ildən bəri rəsmi Oslonun nümayəndələri səfirlik tərəfindən Qələbə Gününü qeyd etmək üçün təşkil edilən tədbirlərdə iştirak etmirlər və Rusiya diplomatlarını 8 mayda keçirilən İkinci Dünya Müharibəsinin bitməyini qeyd edən anım mərasimlərinə dəvət etmirlər", - səfirlik qeyd edib.
Bəxtiyar CƏFƏRLİ