AZ

Çin Nikolas Maduronun ABŞ da saxlanılmasını pisləyib

Ayna saytından alınan məlumata görə, ain.az bildirir.

“Bu cür hegemonluq hərəkətləri beynəlxalq hüququ kobud şəkildə pozur”

Çin hakimiyyəti Venesuela lideri Nikolas Maduro və həyat yoldaşının ABŞ-da məcburi saxlanılmasına qəti şəkildə qarşı çıxır. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Lin Cian bildirib.

O brifinqdə vurğulayıb ki, "dörd ay əvvəl ABŞ həyasızcasına Venesuelaya hərbi hücum edib və Prezident Maduro və həyat yoldaşını zorla saxlayır. Bu cür hegemonluq hərəkətləri beynəlxalq hüququ kobud şəkildə pozur, Venesuelanın suverenliyinə xələl gətirir və Latın Amerikası və Karib dənizində sülh və sabitliyi təhdid edir".

Çinli diplomat Pekinin "bunun qəti əleyhinə olduğunu" açıqlayıb. O əlavə edib ki, Çin Venesuelanın suverenliyini, milli ləyaqətini və qanuni hüquqlarını qorumaq səylərini dəstəkləməyə davam edəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
2
ayna.az

3Mənbələr