AZ

Barış Mançonun səhnə yoldaşı evində ölü tapıldı

Barış Mançonun səhnə yoldaşı evində ölü tapıldıTürkiyənin tanınmış ifaçısı, mərhum sənətçi Barış Manço ilə uzun illər eyni səhnəni paylaşmış Hüseyn Cebeci evində ölü vəziyyətdə aşkarlanıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məlumata görə, hadisə Türkiyənin Bodrum bölgəsində baş verib. Hüseyn Cebeci yaşadığı evdə ov tüfəngindən açılan atəş nəticəsində həyatını itirmiş halda tapılıb.

Hadisə yerinə polis və tibbi ekspertiza əməkdaşları cəlb olunub. Hüquq-mühafizə orqanları ölümün intihar, yoxsa qətl olması ehtimalını araşdırır. Faktla bağlı genişmiqyaslı istintaq başladılıb.

Türk musiqi ictimaiyyətində kədər doğuran hadisə ilə bağlı əlavə məlumatların araşdırmalardan sonra açıqlanacağı bildirilir.

Seçilən
26
sonxeber.az

1Mənbələr