AZ

“Bavariya” Noyerə yeni müqavilə təklif etdi


“Bavariya”nın qapıçısı Manuel Noyer daha bir mövsüm klubda qalacaq və tezliklə yeni müqavilə imzalayacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, danışıqlar artıq davam edir və son mərhələdədir.
“Bavariya” artıq qapıçının agentlərinə Noyerin daha bir mövsüm komandada qalacağı barədə məlumat verib.
Noyerin komandanın əsas qapıçısı olaraq qalacağı gözlənilir, lakin onun yerinə gələn Yonas Urbiq daha çox oyun vaxtı alacaq.
Noyerin Urbiqə mentorluq etməsi və klubun məşqçilər heyətinə onu öz xələfi kimi yetişdirməsinə kömək etməsi gözlənilir. Maraqlıdır ki, hər iki qapıçı bu razılaşmadan məmnundur.
Seçilən
17
1
yeniavaz.com

2Mənbələr