AZ

Bu ölkədə qorxulu xəstəlik yayıldı: 33 uşaq öldü

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Nigeriyanın Sokoto əyalətində meningit epidemiyası genişlənərək 8 bölgəyə yayılıb. Demokrat.az xəbər verir ki, rəsmi məlumatlara görə, 256 şübhəli yoluxma halı qeydə alınıb və 33 uşaq həyatını itirib.Sokoto Əyaləti Səhiyyə Komissarı doktor Faruk Abubakar jurnalistlərə açıqlamasında bildirib ki, təxminən bir ay əvvəl başlayan xəstəlik artıq geniş coğrafiyaya yayılıb.Onun sözlərinə görə, qeydə alınan şübhəli halların böyük əksəriyyəti 1–15 yaş arası uşaqlardır. Epidemiyanın yayılmasına sıx yaşayış şəraiti və mövsümi quru küləklərin ciddi təsir göstərdiyi qeyd edilir.Abubakar bildirib ki, xəstəlik bir çox icmalara yayıldığı üçün hökumət təcili müdaxilə tədbirlərini sürətləndirib. Nigeriya hökuməti daha əvvəl 2030-cu ilə qədər meningitin aradan qaldırılması üçün yeni tədbirlər planı hazırladığını açıqlamışdı.Məlumata görə, hava-damcı yolu ilə yayıla bilən meningit beyin və sinir sistemi daxil olmaqla orqanizmə ciddi zərər verə bilir.Jalə

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
demokrat.az

1Mənbələr