AZ

İnterpolun axtardığı narkobaron Türkiyədə tutuldu

ain.az, Axar.az saytına istinadən bildirir.

İnterpol tərəfindən qırmızı bülletenlə axtarışa verilən avstriyalı narkobaron Elias Bensoltane Türkiyədə ələ keçib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Bensoltane Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) və İstanbul narkotik polisi tərəfindən Mersinin Yenişəhər bölgəsindəki evində keçirilən əməliyyat zamanı saxlanılıb.

Qeyd edək ki, Bensoltane Avstriyanın ən böyük narkotik qaçaqmalçılığı şəbəkəsinin liderlərindən biridir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
axar.az

1Mənbələr