AZ

Ukrayna məsələsində Rusiyaya müttəfiq deyilik - Paşinyan

Ermənistan Ukraynadakı müharibə kontekstində özünü Rusiyanın müttəfiqi hesab etmir.

Aznews.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan cümə axşamı keçirilən brifinqdə bildirib.

"Mən Ukrayna Prezidentinin (Volodimir Zelenskinin - red.) İrəvana səfəri ilə bağlı artıq fikir bildirmişəm. Dəfələrlə demişəm ki, Ukrayna məsələsində biz Rusiyanın müttəfiqi deyilik", - Paşinyan qeyd edib.

O, həmçinin Almatı bəyannaməsini xatırladaraq, onun İrəvan üçün prinsipial əhəmiyyət kəsb etdiyini qeyd edib.

Seçilən
19
1
aznews.az

2Mənbələr