AZ

Paşinyan Moskvaya  getməkdən imtina etdi

Mən Rusiyada 9 may tədbirlərində iştirak edə bilməyəcəyəm. 

Ölkə.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, bu qərar seçki kampaniyasında iştirak etdiyi üçün verilib.
“Aprel ayında Rusiyaya səfərim zamanı bu barədə həmin ölkənin prezidentinə məlumat verdim”, - deyə o qeyd edib.

Xatırladaq ki, 9 may Rusiyada ənənəvi olaraq SSRİ-nin Böyük Vətən Müharibəsindəki qələbəsini qeyd etmək üçün Qələbə paradı keçirilir.

Qeyd edək ki, 7 iyunda  Ermənistan parlamentinə keçirilməsi planlaşdırılan seçkilərlə bağlı  seçkiqabağı kampaniya 8 maydan 5 iyuna qədər davam edəcək.
 

Mürtəza

Seçilən
16
olke.az

1Mənbələr