AZ

“Zelenskinin İrəvana səfəri Ermənistan hakimiyyəti tərəfindən alçaqlıq idi”

Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvana səfəri Ermənistan hakimiyyəti tərəfindən alçaqlıq idi.

KONKRET.az xəbər verir ki, bunu “Güclü Ermənistan” Partiyasının baş nazirliyə namizədi, iş adamı və xeyriyyəçi Samvel Karapetyan mayın 7-də keçirdiyi mətbuat konfransında bildirib.

O, Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Zelenskinin Ermənistana səfərini qiymətləndirərkən belə deyib:

“Səmimi deyim? Hesab edirəm ki, bizim hakimiyyət tərəfindən müttəfiqə münasibətdə bu, axmaqlıq, hətta xalqımıza qarşı alçaqlıq idi. Çünki bunu avropalılar təşkil etdilər, Zelenskini gətirdilər ki, Paşinyan öz ərazilərini necə cəsarətlə təhvil vermək barədə master-klass keçsin”.

Karapetyan bildirib ki, baş verənlərin Ermənistan xalqına fayda gətirməyəcəyindən narahatdır:

“Onun hər şeyi təhvil verməsindən sonra Paşinyanın avropalılara satacağı yalnız bir şey qalıb — anti-Rusiya siyasəti. Avropalılar isə bunu ondan məmnuniyyətlə alacaqlar”.

Paşinyanın hakimiyyəti dövrünə siyasi qiymət verməyə hazır olub-olmaması ilə bağlı suala cavabında isə Karapetyan bunu hər gün etdiyini bildirib.

O qeyd edib ki, rəhbərlik etdiyi siyasi qüvvə hakim qrupun bütün uğursuzluqlarını xalqa göstərir:

“Bunu edirdik, edirik və edəcəyik”.

Natiq Səlim
KONKRET.az

Seçilən
21
1
konkret.az

2Mənbələr