AZ

Zaxarova Simonyanı Belarusla bağlı sözlərinə görə tənqid etdi: “Bu, paxıllıqdır” KONKRET

Konkret.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan parlamentinin sədri Alen Simonyanın Belarusla bağlı fikirlərinə sərt reaksiya verib.

KONKRET.az xəbər verir ki, Zaxarova Simonyanın Belarusu “Rusiyanın quberniyası” adlandırmasına cavab olaraq bildirib ki, Ermənistan parlamentinin sədri Belarusun əldə etdiyi nailiyyətlərdən çox uzaqdır.

“Belarusun iqtisadi, sənaye, istehsal və kənd təsərrüfatı sahələrində qazandığı uğurlara Alen Simonyan üçün hələ çox var”, – deyə Rusiya XİN rəsmisi bildirib.

Zaxarovanın sözlərinə görə, Simonyanın dedikləri Belarus xalqının və dövlətinin uğurlarına qarşı “qeyri-insani paxıllıqdır”.

O qeyd edib ki, Belarus Ermənistana heç bir pislik etməyib.

Xatırladaq ki, Alen Simonyan daha əvvəl bəyan etmişdi ki, İrəvan Ermənistanın “quberniyaya çevrilməsinə” imkan verməyəcək və ölkə Belarus nümunəsi ilə idarə olunmayacaq.

Bu açıqlamadan sonra Belarus Xarici İşlər Nazirliyi Ermənistanın Belarusdakı müvəqqəti işlər vəkili Artur Sarkisyana nota təqdim edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
1
konkret.az

2Mənbələr