AZ

İsmayıllıda “Tarix yaradan şəxsiyyət” mövzusunda tədbir təşkil olunub

Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı, İsmayıllı rayon İcra Hakimiyyəti və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin təşəbbüsü, Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Tarix yaradan şəxsiyyət” mövzusunda tədbir təşkil olunub.

“İki sahil” xəbər verir ki, tədbirdə Dağlıq Şirvan Regional Təhsil İdarəsi İsmayıllı rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədli, YAP İsmayıllı rayon təşkilatının sədr müavini Anar Nəbiyev, İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon komitəsinin sədri Hafiz Kərimov, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etdilər.

Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümumilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx izlənilmişdir.

Çıxış edən qonaqlar qeyd etdilər ki, Heydər Əliyev yalnız Azərbaycanın xilaskarı deyil, həm də milli birlik və həmrəyliyin simvoludur. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün regionun ən güclü və inkişaf edən dövlətlərindən birinə çevrilmişdir. Ulu Öndərin gənclərə göstərdiyi diqqət və qayğı isə gələcəyimizin etibarlı təminatı olmuşdur.

 Tədbir çərçivəsində şagirdlər tərəfindən Ulu Öndərə həsr olunmuş şerlər, kompozisiyalar və musiqi nömrələri təqdim edildi.

Seçilən
6
3
ikisahil.az

4Mənbələr