AZ

Pakistan ABŞ–İran razılaşmasına hazırlaşır - “Bu, bizim üçün şərəf olar”

Pakistan ABŞ və İran arasında yaxın zamanda razılaşma əldə olunacağını gözlədiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Əndrabi jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, İslamabad Tehran və Vaşinqton arasında əldə olunacaq istənilən razılaşmanı alqışlayacaq.

“Əgər Pakistanda razılaşma əldə olunarsa, bu, bizim üçün şərəf olardı”, – deyə Əndrabi vurğulayıb.

Lakin o, ABŞ mediasında yayılan Vaşinqton və Tehran arasında bir səhifəlik anlaşma memorandumunun hazırlanması ilə bağlı xəbərlərə münasibətdə potensial razılaşmanın detalları barədə danışmaqdan imtina edib.

Pakistan hökumətinə yaxın mənbələrin məlumatına görə, İslamabad gələn həftə ABŞ və İran arasında dayandırılmış sülh danışıqlarının ikinci mərhələsinə ev sahibliyi etməyi gözləyir.

Mənbələr həmçinin bildiriblər ki, Pakistan ABŞ Prezidenti Donald Trampın Çinə planlaşdırılan səfərindən əvvəl Vaşinqton və Tehran arasında ilkin razılaşmanın əldə olunacağını ehtimal edir.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
20
1
redaktor.az

2Mənbələr