AZ

İraq Türkiyədən HHM sistemləri alır

Axar.az saytına istinadən ain.az xəbər verir.

İraq neft yataqları və diplomatik nümayəndəlikləri qorumaq məqsədilə Türkiyədən 20 ədəd hava hücumundan müdafiə sistemi almaq barədə razılığa gəlib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İstanbulda keçirilən SAHA müdafiə sərgisində iştirak edən İraq Baş Qərargah rəisinin müavini general-leytenant Saad Harbiye bildirib ki, ölkənin hava məkanı PUA-larla doludur və yeni sistemlər bu təhdidlərin neytrallaşdırılmasında mühüm rol oynayacaq.

Razılaşmanın maliyyə detalları barədə məlumat verilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
axar.az

2Mənbələr