"Benfika" "Trabzonspor"un braziliyalı futbolçusu Felipe Augusto ilə maraqlanır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Jose Mourinyo rəhbərliyi altında çıxış edən "Benfika" komandası "Trabzonspor"un braziliyalı ulduz futbolçusu Felipe Augustonu transfer siyahısına daxil edib.
Felipe Augusto "Benfika"nın hücum xətti üçün hədəflədiyi futbolçular arasında yer alır. "Benfika" həmçinin Vangelis Pavlidis və Franjo Ivanovic ilə bağlı bütün ssenariləri qiymətləndirir və “Kartallar” hücum xəttinə mümkün ehtiyat oyunçu müəyyən edib.
Qeyd olunur ki, "Benfika"nın Felipe Augusto üçün "Trabzonspor"a rəsmi təklif göndərməsi gözlənilir.