AZ

Nazir müavini Həsən Həsənli Ağdaşda vətəndaşların müraciətlərini dinləyəcək

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 7 may, AZƏRTAC

Elm və təhsil nazirinin müavini Həsən Həsənli mayın 22-də Ağdaş şəhərində vətəndaşların müraciətlərini dinləyəcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbulda Ağdaş rayon sakinləri iştirak edə bilərlər.

Adıçəkilən rayonun sakinləri mayın 20-si saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 - 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
azertag.az

2Mənbələr