AZ

Kiçik qızı onsuz qalmır, indi necə alışacaq bu itkiyə?!

ain.az bildirir, Medicina portalına istinadən.

Bu gün səhərdən Milli Onkologiya Mərkəzinin bütün korpuslarının girişində Asif doktorun kədərli vida guşəsi yaradılıb….Hər yerdə şəkillərindən son dəfə xəstələrinə boylanır….Təkcə xəstəxana heyəti yox, xəstələrin də çoxu yaxınlaşıb ehtiram bildirir….

Hadisədən bir gün əvvəl şüa şöbəsində idim, anamı gözləyərkən hər detalı müşahidə edirdim. Bir ucaboylu, yaraşıqlı həkim tələbələri şöbədə gəzdirir, avadanlıq və radioloji fəaliyyətlə tanış edirdi. Ürəyimdə düşündüm ki, necə mədəni davranır gənclərlə, əhsən…Hər müəllim tələbənin yanına özü düşüb gəzdirmir, köməkçilərdən kiməsə tapşırır…

Ertəsi gün partlayış hadisəsi baş verəndə həmin həkimin xəsarət alması xəbəri yayıldı. Fotodan tanıdım.

Günlərlə oraya gedib gələrkən hamının onun üçün dua etdiyinin şahidiyəm.

Dünən bir həkimin qapısının önündə gözləyəndə xanım pasiyent dedi ki, Asif doktorun xəstələrini bölüblər başqa həkimlərin arasında. “Allah mənim həkimimə acil şəfa versin, qayıdıb özü müalicəmə davam eləsin, o qədər yaxşı həkimdir ki, ondan başqasına sanki ürək qızdıra bilmirəm” dedi və doktorunun sağalıb qayıtmasına o qədər ürəkdən dua etdi ki… Kaş ki, dualar qəbul olunaydı…

Bu gün MOM-da şüa şöbəsinin texniklərin, qeydiyyat şöbəsinin qızları, bütün həkimlər yas içindədir, bəzisi dindirən kimi ağlayır… Deyirlər ki, “Asif doktor elə bir həkim idi və elə bir insan idi ki, onun itkisi bizi dərindən sarsıdıb. Yol pulu olmayan xəstəyə cibindən pul verdiyinin dəfələrlə canlı şahidi olmuşuq. Heyf ondan…Ən çətin xəstələri onan verirdilər, hətta penitensiar xidmətdən gətirilənlərə də o baxırdı, heç vaxt heç kəsin qəlbini qırmazdı, hər kəsin müalicəsinə yüksək səviyyədə yanaşardı. Ona görə də sosial şəbəkələrdə onun haqqında bəzi yazılarlar doktorun ölümü qədər bizi üzür, heç biri həqiqət deyil….Vallah onun haqqında ancaq yaxşı sözlər demək mümkündür. Bilirsiniz necə yaxşı müəllim idi, rus və ingilis dillərini əla bildiyi üçün xarici tələbələrə də dərs deyirdi və s”………

Asif doktorun həyat yoldaşı da həkimdir və MOM-da çalışır. İki qız övladı qalıb….İşçilər deyir ki, kiçik qızı heç onsuz qalmırmış….İndi necə alışacaq bu itkiyə….

Kluar söhbətlərinə görə hadisəni törədən şəxs adekvat biri olmayıb, çətin xarakterli insan imiş, heç qazi də deyil….

Kimliyindən asılı olmayaraq, bir insanln həyatına öncədən xüsusi hazırlıq görərək qəsd etmək anormallıqdır, normal psixoloji durumun təzahürü deyil mənim fikrimcə…. Həkimə xüsusilə…. Bir yaxşı həkim bir yaxşı zabit, bir yaxşı müəllim kimi illərlə yetişir, illərlə formalaşır, onları sadəcə oxuduqları nəzəriyyyə yox, gördükləri, sağaltdıqları, hətta sağalda bilmədikləri xəstələr yetişdirir, peşəkarlaşdırır. Həkim Allah deyil, amma mən həmişə hesab etmişəm ki, həkim yeganə peşə sahibidir ki, Allahın yerdəki nümayəndəsidir. Çünki Allahın verdiyi canı ona əmanət edirik. Bir yaxşı həkimin ölümü alimin ölümü kimidir, o öləndə aləm ölür… Gör nə qədər xəstə ondan şəfa gözləyirdi….Bəlkə onlardan neçəsinin şəfası məhz Asif doktorun əlindən olacaqdı….Təəssüf….

Allah bu cavan həkimə rəhmət eləsin…. Nur içində uyusun….

(Xüsusi qeyd: mən xəstələrlə çox kobud, mədəniyyətsiz, hətta amansız davranan həkimlər də görmüşəm. Yaxşı həkim olsalar da, davranışları dözülməzdir. Hətta 3 il əvvəl özəl klinikada işləyən bir onkoloq sadə bir suala görə məni sərt bir şəkildə otağından qovmuşdu…Bu haqda nə vaxtsa yazacağam. Amma tibb personalı və xəstələrin dərin üzüntüsündən Asif doktorun böyük ehtiramla xatırlandığını gördüm deyə bu postu yazdım.)

Səadət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
2
icma.az

10Mənbələr