AZ

Samuxda silsilə tədbirlər davam etdirilir FOTOLAR

Ses qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Samux rayonunda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü ilə əlaqədar YAP Samux rayon təşkilatı tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq keçirilən silsilə tədbirlər davam etdirilir.

Tədbirlər planı çərçivəsində mayın 7-də Sərkar ərazi partiya təşkilatında YAP Samux rayon təşkilatının, Gəncə Daşkəsən Regional Mədəniyyət İdarəsi Samux rayon Sərkar UMM-nin birgə təşkilatçılığı və partiya fəallarının iştirakı ilə “Ulu Öndər Heydər Əliyevin siyasi irsi:qüdrətli dövlətin əsasları” mövzusunda tədbir keçirilib.

Öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən qısametrajlı film nümayiş olunub.

Çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, müasir müstəqil Azərbaycanın möhkəm təməlləri məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Onun xilaskarlıq missiyası nəticəsində ölkəmiz siyasi böhrandan və parçalanma təhlükəsindən xilas olaraq sabitlik, inkişaf və tərəqqi yoluna qədəm qoyub. Qeyd olunub ki, Ümummilli Liderin müəyyənləşdirdiyi dövlətçilik strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan beynəlxalq arenada güclü, nüfuzlu dövlət kimi tanınır.

Daha sonra tədbirdə iştirak edən fəal partiya üzvü Günel Əhmədova çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi Azərbaycan xalqının milli sərvətidir. Qeyd edib ki, bu gün ölkəmizdə hökm sürən sabitlik, inkişaf və qələbə ruhu məhz həmin siyasi kursun məntiqi nəticəsidir. Natiq gənc nəslin Heydər Əliyev ideyalarına sadiq ruhda yetişdirilməsinin vacibliyini vurğulayaraq, bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyətini xüsusi qeyd edib.

Sonra tədbir bədii hissə ilə davam etdirilib. Gəncə Daşkəsən Regional Mədəniyyət İdarəsi Samux rayon Sərkar Uşaq Musiqi Məktəbinin kollektivi tərəfindən Ulu Öndər Heydər Əliyevə və Vətənə həsr olunmuş musiqi nömrələri təqdim edilib, vətənpərvərlik ruhunda ifalar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
sesqazeti.az

2Mənbələr