AZ

“Vətəndaş cəmiyyətinin inkişafı ictimai etimadın güclənməsinə töhfə verir” ŞƏRH KONKRET

Konkret.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından bugünümüzə qədər keçən illər ərzində ölkəmizin böyük inkişaf yolu keçməsi dünya miqyasında qəbul olunan reallıqdır.

Demokratik dövlətlərin inkişaf təcrübəsi və ölkəmizin keçdiyi yol bir daha göstərir ki, vətəndaş cəmiyyətinin söykəndiyi əsas prinsiplərdən biri insan-vətəndaş hüquqlarının və azadlıqlarının təminatıdır. İnsan və vətəndaş hüquqları və azadlıqları təmin edilmədən nə vətəndaş cəmiyyəti, nə də hüquqi dövlət formalaşdırmaq mümkündür. Cəmiyyətdə hüquqların təminatçısı dövlətdir.

Dövlət bu hüquqları təmin etməklə özünün həm də qoruduğu əsas dəyərləri göstərir. Azərbaycan da hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunu seçdiyindən insan və vətəndaş hüquqları və azadlıqlarını təmin edir. Respublikamızın inkişaf tarixinə bir daha nəzər salsaq görərik ki, XX əsrin 70-ci illərindən ölkədə yüksələn sürətlə inkişaf edən sosial, iqtisadi, təhsil və mədəni quruculuq işləri başlamışdı. Dövlət müstəqilliyinin bərpa edilməsindən keçən qısa bir dövrdə vətəndaş cəmiyyəti, hüquqi dövlət və demokratik siyasi quruluşun bərqərar olması üçün bir sıra vacib tədbirlər həyata keçirilmişdir. Mühüm sənədlər qəbul edilmiş, öhdəliklərə imza atılmışdır. Əgər biz tarixi zaman ardıcıllığını özündə daşıyan sistemli inkişafın insan hüquqlarının əhatəli formada təmin olunmasına xidmət etməsini nəzərə alsaq, onda belə qənaətə gələ bilərik ki, müstəqil ölkəmizdə insan hüquqlarının inkişaf tarixi iki mərhələni – 1993-2003 və 2003-cü ildən sonrakı dövrləri əhatə edir. Bu iki mərhələni eyni məzmun və istiqamətdə məhz insan hüquqları üzrə normativ-hüquqi bazanın yaradılması tamamlamışdır.

Müasir dövrün ən çox işlədilən sözlərindən biri də “vətəndaş cəmiyyəti” ifadəsidir. Bu ifadənin hər hansı ölkə daxilində işlədilməsinin səviyyəsi dövlət hakimiyyətinin formasını müəyyən etmək üçün təsəvvürlər sistemi yaradır. Vətəndaş cəmiyyəti quruculuğundan söhbət gedirsə, demək demokratik dəyərlərin mövcudluğundan danışılır. İnkişaf nəticəsində əldə edilmiş, müəyyən meyarlara cavab verən cəmiyyət anlaşılır ki, bu da tərəqqidə daha yüksək pillədir.

Respublikada aparılan hərtərəfli quruculuq işləri və yerli özünüidarəetmə orqanlarının fəaliyyəti göstərir ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahatlar və quruculuq işləri respublikanın bütün regionlarını əhatə etməkdədir. Azərbaycanda inteqrasiya prosesinin gücləndiyi, hüququn müasir inkişafı və keçirilən islahatların məntiqi davamı kimi, Konstitutsiya islahatlarının aparılması zərurətə çevrilmişdir. Məhz bu zərurətdən qaynaqlanaraq 2002, 2009 və 2016-cı illərdə referendum keçirilməklə Konstitusiyamıza əlavələr və dəyişikliklər edilmişdir.

Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir və qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir. Ölkə rəhbərinin xalqın intellektual potensialının, təhsilinin, elminin, mədəniyyətinin inkişafı naminə imzaladığı silsilə fərmanlar, sərəncamlar və bugünkü uğurlar bizə əsas verir deyək ki, Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunda yerli özünüidarəetmə orqanlarının rolu əvəzsizdir.

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı və hüquqi dövlət quruculuğu məsələsi son illər ictimai-siyasi müzakirələrin əsas mövzularından biri olaraq qalır.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, vətəndaş cəmiyyətinin formalaşması hüquqi dövlətin əsas dayaqlarından biridir.

Onun sözlərinə görə, güclü vətəndaş cəmiyyəti dövlətlə vətəndaş arasında sağlam münasibətlərin qurulmasına, ictimai nəzarətin təmin olunmasına və demokratik institutların inkişafına mühüm təsir göstərir:

“Vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti hüquqi dövlət quruculuğunun ayrılmaz hissəsidir. Qanunun aliliyinin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması, şəffaf idarəetmə mexanizmlərinin tətbiqi bu prosesin əsas elementləridir. Cəmiyyətin müxtəlif təbəqələrinin ictimai proseslərdə fəal iştirakı dövlət idarəçiliyinin daha effektiv olmasına şərait yaradır”.

Politoloq qeyd edib ki, hüquqi dövlət modelinin tam formalaşması üçün həm dövlət qurumlarının, həm də ictimai institutların qarşılıqlı əməkdaşlığı vacibdir:

“Bu istiqamətdə hüquqi maarifləndirmənin artırılması, vətəndaşların hüquq və vəzifələri barədə məlumatlılığının yüksəldilməsi xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, müasir çağırışlara uyğun institusional islahatların davam etdirilməsi də vacib məsələlərdən biridir”.

Z.Əmrəliyev əlavə edib ki, vətəndaş cəmiyyətinin inkişafı ölkədə sosial sabitliyin möhkəmlənməsinə və ictimai etimadın güclənməsinə də mühüm töhfə verir.

Aynurə İsmayıl

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusuna uyğun olaraq dərc edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
konkret.az

2Mənbələr