AZ

Bakının taksi parkı bir sıra iri dünya şəhərlərini geridə qoyur

Bakının
Paytaxtın taksi parkı son illərdə əhəmiyyətli dərəcədə gəncləşib. 1news.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, hazırda Bakıda fəaliyyət göstərən taksi avtomobillərinin 59 faizi son 5 ildə istehsal olunub.
Qeyd edilib ki, bu göstərici ilə Bakı bir sıra iri dünya şəhərlərini geridə qoyur. Müqayisəyə əsasən, taksi parkının yenilənmə göstəricisi Romada 30 faiz, Berlində 49 faiz, Tokioda 42 faiz, Parisdə 50 faiz, Nyu-Yorkda isə 55 faiz təşkil edir. Məlumata görə, bu tendensiya Bakıda taksi xidmətlərinin keyfiyyətinə və komfort səviyyəsinə də təsir göstərir. Belə ki, paytaxtda taksi sifariş edən sərnişinlərin son model, texnoloji imkanlarla təchiz olunmuş avtomobillə qarşılaşma ehtimalı bir sıra Avropa şəhərləri ilə müqayisədə daha yüksəkdir.

Seçilən
14
1news.az

1Mənbələr