AZ

107 nömrəli avtobusda problem davamEDİR

Buzovna-Koroğlu istiqamətində hərəkət edən 107 nömrəli avtobusdan demək olar ki, bütün sərnişinlər narazıdır. Avtobusu normal sürətlə sürmürlər, mənzil başına gedib çatmaq demək olar ki, saatlar çəkir. Hər dayanacaqda uzun müddət dayanır, sürücüyə isə nəsə deyəndə bildirir ki, onların vaxtı var. Sərnişinlərin əksəriyyəti şikayətlərini dilə gətirsələr də, sürücülər onlara məhəl qoymurlar. 

Qeyd edək ki, 107 nömrəli marşrut “Ayşən LTD” MMC-yə məxsusdur.

Redaktor.az problemlərlə bağlı avtobusların məxsus olduğu “Ayşən LTD” MMC ilə əlaqə saxlamağa çalışsa da, əlaqə yarada bilməyib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi isə sorğumuzu cavabsız qoyub.

Aytəkin TOFİQQIZI

Seçilən
20
1
redaktor.az

2Mənbələr