AZ

Gün boyu tox qalmaq istəyirsinizsə, bunu yeyin

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Pəhriz saxlayanların ən böyük problemi olan bitmək bilməyən aclıq hissi artıq tarixə qovuşur. Səhərlər hələ heç bir qida qəbul etmədən istifadə olunan təbii vasitə mədədə həcm tutaraq toxluq hormonlarını dərhal hərəkətə keçirir.Demokrat.az xəbər verir ki, mütəxəssislər maddələr mübadiləsini səhər saatlarından aktivləşdirən bu üsulun iştahı tamamilə cilovladığını bildirirlər. Yüksək lif və protein tərkibli bu qida bədənə "toxluq" siqnalı göndərərək gün ərzində lazımsız kalori qəbulunun qarşısını alır.Xüsusilə yulaf əzməsi və çia toxumu su ilə təmasda olduqda öz həcmindən qat-qat artıq böyüyür. Səhər acqarına ilıq maye ilə qarışdırılan bu qidalar mədədə gel bənzəri təbəqə yaradaraq həzmi yavaşladır. Bu proses qidaların qana daha gec sorulmasını təmin edir və enerjinin gün boyu balanslı paylanmasına kömək edir.Lifli qidaların qəbulu həm də insulin dirəncini qoruyan qalxan rolunu oynayır. Ağ çörək və ya şəkərli qidalardan fərqli olaraq, qan şəkərini qəfil yüksəltmədiyi üçün günorta saatlarında yaşanan enerji düşüşü və şirniyyat istəyi tamamilə yox olur.Mütəxəssislər bu təsirin güclənməsi üçün bir neçə kiçik tövsiyə də verirlər. Darçın əlavə etmək qan şəkərini daha da sabitləşdirir, bir neçə damcı çörekotu yağı isə yağ yandırma prosesini sürətləndirir. Bu qidaları qəbul etdikdən dərhal sonra bir stəkan ilıq su içmək liflərin şişməsini təmin edərək toxluq hissini maksimuma çatdırır.Yəni, səhər saatlarında istifadə edilən çia və ya yulaf mədədə şişərək yer tutur, bu da insanın gün ərzində daha az yeməsinə və gec acmasına səbəb olur.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
demokrat.az

1Mənbələr