AZ

Bakıda daun sindromlu gəncləri işlə təmin edəcək restoran açıldı

Lent az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Mayın 7-də Bakıda “Daun Burger Baku” restoranının açılışı olub.

Sahibkar Əlyar Qasımovun təşəbbüsü ilə Nizami küçəsində fəaliyyət göstərəcək fastfud restoranının təntənəli açılışı zamanı daun sindromlu gənclər üçün önəmli addım atılıb. 

Belə ki, açılış münasibətilə 20 nəfər daun sindromlu gənc rəsmi şəkildə işlə təmin olunaraq restoran kollektivinə qoşulub, bir nəfər isə menecer vəzifəsinə təyin edilib. Tədbirdə çox sayda daun sindromlu şəxslər və onların ailə üzvləri də iştirak ediblər. 

Layihənin əsas məqsədi daun sindromlu şəxslərin cəmiyyətin ayrılmaz və dəyərli bir hissəsi olduqlarını nümayiş etdirmək, onlar üçün yaradılan imkanların böyük uğurlara yol açdığını göstərməkdir. “Daun Burger Baku” sosial inteqrasiya, inklüzivlik və bərabər imkanlara dəstək verən nümunəvi layihə kimi fəaliyyət göstərəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
lent.az

1Mənbələr