
“SpaceX”in qurucusu İlon Mask bu il 10 milyard dollar vergi ödəyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə planetin ən varlı adamı sosial şəbəkə hesabında məlumat yayıb.
“Mən bir ildə 10 milyard dollar vergi ödəmişəm - tarixdə hər kəsdən daha çox”, - Mask yazıb.
Sahibkar qeyd edib ki, o öləndə daha 40% əmlak vergisi ödəniləcək. O, ümumi vergi hesabının “trilyonlarla dollar” olacağına inanır.