AZ

Sirus Təbrizliyə həsr edilən “Kəramət Mücahidi” adlı kitabının təqdimatı keçirilib

Yeni Azərbaycan Partiyasının yaradıcılarından və rəhbərlərindən biri olan tanınmış yazıçı-publisist, görkəmli ictimai-siyasi xadim, sabiq nazir və millət vəkili Sirus Təbrizliyə həsr edilən “Kəramət Mücahidi” adlı kitabının təqdimatı keçirilib.

APA xəbər verir ki, tədbirdə ictimaiyyət nümayəndələri, ziyalılar, jurnalistlər və yazarlar iştirak ediblər.

Kitab “Sirus” nəşriyyatında çap olunub. Nəşrin müəllifi mərhum jurnalist Məmməd Muraddır. Müəllif kitabda yaxın dostu haqqında xatirələrini və Sirus Təbrizlinin sevdiyi kəlamları oxucularla bölüşüb. Həmçinin, Sirus Təbrizlinin bəzi məqalələri də oxucuların diqqətinə çatdırılıb.

Tədbirdə çıxış edən Sirus Təbrizlinin qızı Arzu Təbrizli bildirib ki, təəssüf ki, Məmməd Murad kitabın tamamlanmasını görə bilməyib:

Kitabın təqdimatı Sirus Təbrizli ilə bağlı bölüşülən xatirələrlə davam edib. Çıxış edənlər onun təkcə ictimai-siyasi fəaliyyəti ilə deyil, insanlarla münasibəti, sadəliyi və prinsipial mövqeyi ilə də yadda qaldığını vurğulayıblar.

Seçilən
28
2
apa.az

5Mənbələr