Dünya Bankının yeni proqnozuna görə, 2026-cı ildə qlobal metal və mineral qiymətlərində əhəmiyyətli artım gözlənilir.
“Recycling Today”in məlumatına görə, ümumi metal qiymətləri təxminən 17 faiz, metalların qiymətləri isə təxminən 42 faiz arta bilər. Bu artım əsasən güclü sənaye tələbi və təchizatda yaranan çətinliklərlə əlaqələndirilir. Xüsusilə, mis və alüminium kimi sənaye metalları diqqət mərkəzindədir.
Proqnoza görə, alüminiumun qiyməti 2026-cı ildə təxminən 22 faiz yüksələ bilər. Enerji və gübrə bazarlarında da təchizat riskləri səbəbindən qiymət artımları gözlənilir. Bununla yanaşı, kənd təsərrüfatı məhsullarında əks tendensiya ola bilər, qiymətlərin təxminən 6 faiz azalacağı ehtimal edilir.
Dünya Bankı, həmçinin qeyd edir ki, 2027-ci ildə vəziyyət bir qədər yumşala bilər və metal qiymətləri təxminən 7 faiz azala bilər. Buna səbəb təchizatın normallaşması ola bilər. Qurum xəbərdarlıq edir ki, bazarda geosiyasi risklər, ticarət məhdudiyyətləri və qlobal iqtisadi artımın zəifləməsi qiymətlərə təsir edən əsas amillər olaraq qalır.
Təhminə VERDİYEVA,
“Azərbaycan”