“Real Madrid”in mətbuat xidməti İspaniya La Liqasının 35-ci turunda “Barselona”ya qarşı keçiriləcək “El Klassiko”ya hazırlıq məqsədilə əsas heyətin məşqindən fotolar yayımlayıb.
Publika.az xəbər verir ki, şəkillərdə dalaşdıqları deyilən yarımmüdafiəçilər Aurelien Tçuameni və Federiko Valverde də yer alıb.
Medianın məlumatına görə, Valverde komanda yoldaşı ilə dava etdikdən sonra huşunu itirib və xəstəxanaya aparılıb. Məşq fotoreportajında uruqvaylı birinci şəkildə, Tçuameni isə ikinci şəkildə təsvir olunub. Növbəti kadrlarda yarımmüdafiə cütlüyü görünmür.