AZ

Rəşad Nəbiyev və Anaklaudiya Rossbax WUF13 ə hazırlığı müzakirə ediblər

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına hazırlığı (WUF13) müzakirə ediblər.

Avtosfer.az xəbər verir ki, bu barədə Rossbax "X" sosial şəbəkəsində bildirib.

"Azərbaycanlı nazir Rəşad Nəbiyevlə dayanıqlı şəhər mobilliyi, iqlimə davamlı infrastruktur və WUF13-ün Bakıdakı transformasiya potensialı məsələlərinə dair məzmunlu müzakirələr aparıldı. İnsanyönümlü şəhərlərin maraqları naminə tərəfdaşlığımızın daha da dərinləşəcəyinə ümid edirik", - o yazıb.

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək.

Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
5
avtosfer.az

6Mənbələr