“SpeysX” şirkətinin qurucusu İlon Mask bir il ərzində 10 milyard dollar vergi ödədiyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində paylaşım edib.
“Mən bir il ərzində 10 milyard dollar vergi ödəmişəm, tarixdə mənim qədər çox vergi verən olmayıb”, - deyə Mask bildirib.
Maskın sözlərinə görə, o, vəfat etdikdən sonra əmlaka görə əlavə 40 faiz həcmində daha bir vergi tutulacaq.
Milyarder hesab edir ki, ümumilikdə trilyonlarla dollar vergi ödənilməli olacaq.