AZ

Özünü maşının qarşısına atan skuter sürücüsü qəzadan belə xilas oldu VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Gənc skuter sürücüsünün ehtiyatsızlığı az qala faciə ilə nəticələnəcəkdi. Avtosfer.az xəbər verir ki, Rusiyanın Leninqrad vilayətində baş verən hadisə kameraya düşüb. Görüntülərdən aydın olur ki, skuter idarə edən gənc qəfildən hərəkətdə olan avtomobilin yoluna çıxaraq təhlükəli manevr edib. Sükan arxasındakı xanım sürücü çevik reaksiya göstərərək son anda əyləcə sıxa bilib. Bu vaxtında müdaxilə gəncin avtomobil təkərləri altında qalmasının qarşısını alıb.

Qəza şəraiti yaradan skuter sürücüsü baş verənlərə məhəl qoymadan və heç bir üzrxahlıq etmədən soyuqqanlı şəkildə yoluna davam edib.

Hadisə nəticəsində fiziki xəsarət alan olmasa da, avtomobili idarə edən qadın sürücü güclü stress keçirib. O, bir müddət baş verənlərin şokundan çıxa bilməyib.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
avtosfer.az

1Mənbələr