AZ

Norveç Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcələrini artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Norveç Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcələrini artırıb.

Banco.az xəbər verir ki, Norveç Mərkəzi Bankı əsas faiz dərəcəsini 25 baza bəndi artıraraq 4,25 faizə yüksəldib.

“Bloomberg”in keçirdiyi sorğuda iştirak edən 17 iqtisadçıdan yalnız beşi bu dəyişikliyi proqnozlaşdırmışdı. Əksər iqtisadçılar isə faiz dərəcəsində dəyişiklik gözləmirdi.

Mərkəzi Bankın sədri İda Volden Başe rəhbərliyindəki qərarvericilər yaydıqları açıqlamada bildiriblər ki, inflyasiya hələ də çox yüksəkdir və yaxın dövrdə də yüksək səviyyədə qalacağı gözlənilir. Açıqlamada qeyd olunub ki, inflyasiyanı məqbul müddət ərzində hədəf səviyyəsinə qaytarmaq üçün daha yüksək əsas faiz dərəcəsinə ehtiyac var.

Bu qərar “Norges Bank”ı inkişaf etmiş ölkələrin mərkəzi bankları arasında daha sərt pul siyasəti yürüdən qurumlardan biri kimi ön plana çıxarır. Avrozonada və İngiltərədə isə faiz qərarı ilə bağlı addım atılmadan əvvəl iyun ayına qədər gözləmə mövqeyi seçilmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
5
1
banco.az

2Mənbələr