AZ

Livanda ölənlərin sayı 2727-yə çatdı

Son sutka ərzində İsrailin Livana endirdiyi aviazərbələr nəticəsində 15 nəfər ölüb, 85 nəfər yaralanıb.

Sitat.info  xəbər verir ki, Livanın Səhiyyə Nazirliyi X sosial şəbəkə hesabında bu barədə məlumat yayıb.

"Martın 2-də hərbi eskalasiya başlayandan bəri ölənlərin ümumi sayı 2727-yə, yaralıların sayı isə 8438-ə çatıb", - məlumatda qeyd olunub.

Nazirlikdən bildirilib ki, bu gün Nəbatiyyə şəhəri və onun ətrafı intensiv bombardmana məruz qalıb, xilasedicilər dağıntıları təmizləməklə məşğuldurlar.

Qurbanların sayının artacağı istisna edilmir.

Seçilən
26
9
sitat.info

10Mənbələr