AZ

Sizə verilən o məsləhət başınıza bəla ola bilər Vəkil gizli məqamı açıqladı

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Aptekə daxil olub həkim məsləhəti olmadan dərman alanların sayı az deyil. Çox vaxt vətəndaşlar vaxt itirməmək üçün birbaşa əczaçıya müraciət edir, ondan hansısa preparatın effektivliyini soruşurlar. Lakin bu sadə görünən addım bəzən geri dönülməz sağlamlıq problemlərinə və ciddi hüquqi mübahisələrə yol açır. Xüsusilə peşəkar tibbi təhsili və müalicə təyin etmək səlahiyyəti olmayan şəxsin tövsiyəsi ilə sağlamlığa zərər dəyərsə, qanun qarşısında kimin cavabdeh olacağı sual doğurur.Məsələ ilə bağlı vəkil Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, burada məsuliyyət məsələsi mövcuddur:"Yəni hər kəsin səlahiyyəti olmadığı halda başqasına məsləhət verməsi hüquqi baxımdan fərqli qiymətləndirilir. Lakin burada işin hallarına diqqət etmək lazımdır. Məsələn, həmin şəxs başa düşürdümü ki, qarşısındakı insanın bu sahədə səlahiyyəti yoxdur, yoxsa bunu bilmədənmi hərəkət edib?Bəzi hallarda insanlar qonşudan, tanışdan və ya dostdan sadəcə məsləhət alırlar. Belə vəziyyətdə adətən məsuliyyət yaranmır, çünki məsləhət verənin mütəxəssis olmadığı hər iki tərəfə aydındır. Yəni vətəndaş bilir ki, bu rəy peşəkar rəy deyil və ona əsaslanmaq məcburi deyil".Vəkil deyib ki, aptek kimi sahələr bir qədər daha həssasdır:"Çünki aptek tibb sahəsinə aiddir və burada insanlar çox vaxt qarşılarındakı şəxsi səlahiyyətli və ya mütəxəssis kimi qəbul edə bilirlər. Bu halda vətəndaş düşünə bilər ki, verilən məsləhət peşəkar tövsiyədir və ona güvənərək hərəkət edə bilər. Məhz bu məqam məsuliyyət baxımından əsas fərqi yaradır",- deyə o qeyd edib.Məlumdur ki, əczaçının vəzifəsi yalnız həkimin yazdığı resept üzrə dərmanı təqdim etmək və onun istifadə qaydasını izah etməkdir. Diaqnoz qoymaq və ya dərman seçimi etmək isə birbaşa həkimin səlahiyyətindədir. Bu sərhəd pozulduqda və vətəndaşa zərər dəydikdə, zərərçəkmiş şəxs məhkəmə qaydasında təzminat tələbi irəli sürə bilər.Yəni, vətəndaşlar bilməlidir ki, aptek işçisi həkim deyil və onun verdiyi tövsiyələr yalnız məlumat xarakterlidir. Sağlamlıqla bağlı yaranan fəsadlara görə məsuliyyətdən qaçmaq üçün mütləq həkim müayinəsindən keçmək və yalnız rəsmi reseptlə dərman qəbul etmək lazımdır.Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
1
demokrat.az

2Mənbələr