AZ

Tez tez dönər, burger və çipsi yemək sinir sistemini pozur

ain.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fast fud və qəlyanaltıların tərkibində akrilamid var. Bu, müntəzəm olaraq qəbul edildikdə sinir sisteminin funksiyasını pozur və damar xəstəlikləri riskini artırır.

Azpost.info -nun məlumatına görə, bu barədə nevroloq Svetlana Aleksandrova “Podmoskovie Segodnya” onlayn nəşrinə bildirib.

Mütəxəssisin sözlərinə görə, akrilamid nişastalı qidaların qızardılması zamanı əmələ gəlir və neyrotoksik təsir göstərir. Aleksandrova izah edib ki, müntəzəm olaraq çips və kartof qızartması istehlakı idrak funksiyasını zəiflədir və beyinə əlavə yük yaradır.

Həkim vurğulayıb ki, bu cür qidaları xüsusi hallarda yemək hər gün az miqdarda yeməkdən daha təhlükəsizdir. Aleksandrova gündəlik menyuda qızardılmış qəlyanaltılar nə qədər az olarsa, beyin bir o qədər sakitləşir və uzunmüddətli sağlamlıq riskləri bir o qədər az olur.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
1
azpost.info

2Mənbələr