AZ

FİFA 56 illik tərəfdaşlığa son qoyur

FIFA ilə futbol stikeri istehsalçısı “Panini” arasındakı əməkdaşlıq 2030-cu il dünya çempionatından sonra başa çatacaq.

Publika.az xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino məlumat verib.

Tərəflər arasındakı tərəfdaşlıq 50 ildən artıq davam edib. “Panini”nin ilk rəsmi albomu 1970-ci ildə Meksikada keçirilən dünya çempionatı ərəfəsində buraxılmışdı. Hazırda həmin albomun qiyməti internet hərraclarında 11 min avroya qədər yüksəlir.

Əməkdaşlığın dayandırılması FIFA-nın “Fanatics” şirkəti ilə müqavilə bağlaması ilə əlaqələndirilir. 2031-ci ildən etibarən FIFA-nın himayəsi altında keçirilən turnirlər üçün kolleksiya məhsullarının istehsalını məhz bu şirkət həyata keçirəcək.

Seçilən
29
3
publika.az

4Mənbələr