AZ

Səhərlər bel ağrısı ilə oyanırsınızsa...

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Səhər yuxudan oyananda bel nahiyəsində yaranan kəskin ağrılar bir çox insanın gündəlik həyatını çətinləşdirir. Düzgün yatış pozası və yataq seçimi bu problemi aradan qaldırmaqda həlledici rol oynayır.Demokrat.az xəbər verir ki, ortoped Luçano Miller bel ağrısı olmadan oyanmaq üçün beş mühüm tövsiyə verib. Həkimin sözlərinə görə, ilk növbədə yastıq seçiminə xüsusi diqqət yetirilməlidir. Yastıq insanın ən çox hansı pozada yatmasına uyğun seçilməlidir. İkinci vacib məqam isə matrasın keyfiyyətidir. Belə ki, matras bədəni tam dəstəkləməli, lakin həddindən artıq sərt olmamalıdır.Həkim bildirib ki, boyun nahiyəsini gərginləşdirən və belin aşağı hissəsini sıxan pozalardan qaçmaq lazımdır. Əgər böyrüüstə yatmağa üstünlük verirsinizsə, budların vəziyyətini tarazlaşdırmaq üçün dizlərin arasına yastıq qoymaq məsləhətdir. Ortopedin sonuncu tövsiyəsi isə arxasıüstə yatanlarla bağlıdır. Luçano Miller bel nahiyəsinə düşən yükü azaltmaq üçün dizlərin altına yastıq qoymağı təklif edir.Yəni, səhərlər bel ağrısı ilə oyanmamaq üçün yastıq və matrasın keyfiyyətinə diqqət etməli, yatarkən dizlərinizin altına və ya arasına yastıq qoyaraq onurğanızı düzgün vəziyyətdə saxlamalısınız.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
demokrat.az

1Mənbələr