AZ

Məhkəmədən Trampa növbəti əngəl

ABŞ-ın Beynəlxalq Ticarət Məhkəməsi prezident Donald Tramp tərəfindən tətbiq edilən qlobal rüsumu qanunsuz hesab edib.

Publika.az xəbər verir ki, bu barədə məhkəmənin qərarında deyilir.

Fevralın 20-də ABŞ Ali Məhkəməsi Trampın tətbiq etdiyi idxal rüsumlarını səlahiyyət həddini aşma kimi qiymətləndirib. Bundan sonra prezident 1974-cü il ticarət haqqında qanuna istinad edərək, bütün ölkələrdən idxal edilən mallara 10 faizlik tarif tətbiq edib.

Beynəlxalq Ticarət Məhkəməsi dövlət başçısının yenidən səlahiyyətlərini aşdığını bəyan edib. Məhkəmədən bildirilib ki, Trampın yeni sxem üzrə də tarif məhdudiyyətləri tətbiq etmək hüququ olmayıb.

Seçilən
31
publika.az

1Mənbələr