AZ

Kassada fərqli qiymət çıxarsa bu nömrəyə yığın Şikayət qaydası

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mağazalarda alış-veriş edərkən çoxumuzun başına gələn mənfi hallardan biri vitrindəki qiymətlə kassa çeki arasındakı uyğunsuzluqdur. Bir çox hallarda alıcılar "qiymət yenilənməyib" və ya "sistemdə xəta var" kimi bəhanələrlə qarşılaşaraq artıq ödəmə etməyə məcbur qalırlar. Lakin bu, sadə bir texniki səhv deyil, birbaşa qanun pozuntusudur.Məsələni şərh edən hüquqşünas Ramil Süleymanov Demokrat.az-a açıqlamasında bildirib ki, bu hal birmənalı şəkildə istehlakçının hüquqlarının pozulması hesab olunur:“Tövsiyəm ondan ibarətdir ki, istehlakçı ilk növbədə vitrində göstərilən qiymətin fotoşəklini çəksin. Daha sonra kassaya yaxınlaşsın və qiymət fərqi yarandığı təqdirdə kassa çekini mütləq tələb etsin. Bundan sonra isə mağaza rəhbərliyinə müraciət edərək aradakı fərqin ödənilməsini tələb etməlidir. Bu pozuntunun hüquqi əsası Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununun 13-cü maddəsinə əsaslanır. Həmin maddəyə görə satıcı malın qiyməti barədə düzgün və dolğun məlumat verməyə borcludur”.Hüquqşünasın sözlərinə görə, vitrindəki qiymət kağızı sadəcə məlumat deyil, mağazanın müştəriyə rəsmi təklifidir. Mülki qanunvericilikdə bu, müqavilə bağlamaq niyyəti kimi qəbul edilir.O deyib ki, vitrində göstərilən qiymət satıcının ofertası, alıcının həmin malı götürməsi isə aksepti hesab olunur:“Satıcı bu pozuntunu aradan qaldırmadığı təqdirdə məsələ inzibati qaydada araşdırıla bilər. Bu halda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən satıcı istər hüquqi, istərsə də fiziki şəxs məsuliyyətə cəlb oluna bilər. Eyni zamanda vətəndaşlar 195 Çağrı Mərkəzinə müraciət etməklə üzləşdikləri pozuntular barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və ya Dövlət Vergi Xidməti məlumat verə bilərlər”.Yəni, əgər mağazada vitrində gördüyünüz qiymətlə kassadakı qiymət uyğun gəlmirsə, siz malı mütləq vitrindəki ucuz qiymətə almalısınız, satıcı fərqi qaytarmaqdan imtina edərsə, 195 qaynar xəttinə şikayət edə bilərsiniz. Bu kimi hallarda mağaza personalının "məhsulun qiyməti artıb, etiketi dəyişməyə çatdırmamışıq" arqumenti hüquqi qüvvəyə malik deyil. İstehlakçı hər zaman vitrində gördüyü, yəni ona vəd edilən qiymətlə məhsulu almaq hüququna sahibdir.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
demokrat.az

1Mənbələr