Mayın 8-nə keçən gecə Rusiya hava hücumundan müdafiə (HHM) qüvvələri son dövrlərin ən kütləvi hava hücumlarından birini dəf edib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Moskva vaxtı ilə gecə yarısından səhər saat 07:00-a qədər ölkənin müxtəlif bölgələri üzərində Ukraynaya məxsus 264 pilotsuz uçuş aparatı (PUA) məhv edilib.
Hücumun coğrafiyası kifayət qədər geniş olub və ümumilikdə 15 regionu, həmçinin iki dəniz akvatoriyasını əhatə edib. Nazirliyin açıqlamasına görə, dronların vurduğu ərazilər bunlardır: Belqorod, Bryansk, Voronej, Kaluqa, Kursk, Lipetsk, Rostov, Ryazan, Smolensk, Tula, Ulyanovsk və Yaroslavl vilayətləri, Krasnodar diyarı, Krım, Tatarıstan və Moskva ətrafı, həmçinin Azov və Qara dəniz akvatoriyaları.