Yevlaxda azyaşlının ölümü ilə nəticələnən yol qəzası baş verib. 1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, V. Mustafayev idarə etdiyi "Toyota Corolla" markalı avtomobillə Yevlax şəhəri ərazisində hərəkətdə olarkən 2019-cu il təvəllüdlü piyada Misirxan Murad oğlu Rəsulovu vurub. Orta məktəbin 1-ci sinif şagirdi olan Misirxan aldığı xəsarətlərdən vəfat edib. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.