AZ

ABŞ Beynəlxalq Ticarət Məhkəməsindən Trampa daha bir zərbə: Beş gün müddətində icra olunmalıdır

ABŞ Beynəlxalq Ticarət Məhkəməsi ABŞ administrasiyasının ölkəyə idxal olunan mal və xidmətlərə 10 faiz tarif tətbiq edilməsinə dair qərarını ləğv edib.

Musavat.com xəbər verir ki, qərar məhkəmənin onlayn məlumat bazasında dərc edilib: "İdxala müvəqqəti olaraq əlavə rüsumlar tətbiq edən 20 fevral tarixli 11012 nömrəli İcra Fərmanı qanunsuz elan edilsin".

Məhkəmə ABŞ administrasiyasına qərarı beş gün ərzində yerinə yetirməyi tapşırıb. Cavabdeh həmçinin əmrin qüvvədə olduğu müddətdə ödənilmiş rüsumların məbləğini idxalçılara qaytarmaq məcburiyyətindədir.

Qeyd edək ki, qərardan şikayət verənlər arasında təxminən iyirmi ştat var idi. Onlar iddia edirlər ki, rüsumların tətbiq olunması üçün istinad edilən qanunun 122-ci maddəsi bu məqsədlər üçün tətbiq edilməməlidir.

ABŞ Prezidenti Donald Tramp ABŞ Beynəlxalq Ticarət Məhkəməsinin qərarından təəccüblənmədiyini söyləyib: "Məhkəmə prosesində məni heç nə təəccübləndirmir"

Ağ Ev rəhbəri əlavə edib ki, onun administrasiyası həmişə rüsumların yığılması üçün alternativ yollar tapmağı bacarır: "Biz həmişə başqa yol tapırıq. Biz [məhkəmə] qərarı alırıq və başqa yol tapırıq".

Xatırladaq ki, 20 fevralda ABŞ Ali Məhkəməsi Ağ Evin hazırkı sahibinin Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktını (IEEPA) tətbiq etmək adı altında digər ölkələrə idxal tarifləri tətbiq etməsinin səlahiyyətlərindən sui-istifadə olduğuna qərar verib. Lakin məhkəmə ABŞ administrasiyasının artıq tariflərdə ödənilmiş pulu geri qaytarıb-qaytarmaması məsələsinə aydınlıq gətirməyib. Bundan sonra ABŞ lideri bütün ölkələrdən idxala 10 faiz tarif tətbiq edən sərəncam imzalayıb. Daha sonra o, onları 15 faizə çatdırmaq niyyətində olduğunu açıqlayıb. ABŞ idxalına qlobal 10 faiz tariflər 24 fevralda qüvvəyə minib. Tədbirin 150 gün davam etməsi nəzərdə tutulurdu.

Musavat.com 

Seçilən
3
musavat.com

1Mənbələr