AZ

"Böyük Dəbilqə": Azərbaycanın 6 cüdoçusu mübarizəyə başlayır

Bu gün Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürür.

Fanat.Az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın altı cüdoçusu mübarizə aparacaq. 

İlk olaraq Rəşad Yelkiyev, Turan Bayramov (hər ikisi 66 kq), Şəfəq Həmidova, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Leyla Əliyeva (hər ikisi 52 kq) tatamiyə çıxacaqlar.

Yarışda Azərbaycan 7 çəki dərəcəsində 11 cüdoçu ilə (6 kişi, 5 qadın) təmsil olunur. Dünya Cüdo Turuna daxil olan turnirdə 36 ölkədən 295 idmançı qüvvəsini sınayacaq. 

Kişilər

66 kq, 1/16 final

Rəşad Yelkiyev – Hyonu An (Koreya)
Turan Bayramov – Matteo Piras (İtaliya)

Qadınlar

48 kq, 1/16 final

Şəfəq Həmidova – Aytana Dias Hernandes (İspaniya)

48 kq, 1/8 final

Könül Əliyeva – Sevinç Murodova (Özbəkistan) / Kristina Dudina (Rusiya) cütünün qalibi ilə

52 kq, 1/16 final

Leyla Əliyeva – Taniştha Tokas (Hindistan)

52 kq, 1/8 final

Gültac Məmmədəliyeva – Şraddha Kadubal Çopade (Hindistan)

Xatırladaq ki, "Böyük Dəbilqə" turniri mayın 10-da başa çatacaq.

Seçilən
6
5
fanat.az

8Mənbələr