Bu ilin II yarısında “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) Özbəkistanın "Davr Bank"ını alaraq bu ölkədə fəaliyyətə başlayacaq.
“İki sahil” xəbər verir ki, bu barədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovun ABB-nin dayanıqlılıq hesabatına dair mətbuat konfransında deyib.
O bildirib ki, Özbəkistan bazarında özəl bankın nəzarət səhm paketinin əldə edilməsi məsələsi ilə bağlı danışıqlarımız müsbət yekunlaşıb.
“Ümid edirik ki, icazə və rəsmiləşdirmə proseslərini sürətlə bitirəcəyik və fəaliyyətə başlayacağıq”, - deyə Abbas İbrahimov vurğulayıb.