AZ

Zaur Qurbanov: Risklərin idarə olunmaması problemləri daha da dərinləşdirir

Risklərin idarə olunması ilə bağlı effektiv sistem mövcud olmadıqda problemlərin miqyası daha da böyüyür. Bunu  SOCAR-ın vitse-prezidenti Zaur Qurbanov bildirib.

" Bir çox hallarda artıq hadisə baş verdikdən sonra reaktiv addımlar atılır və cavab tədbirləri gecikmiş formada həyata keçirilir. Risklərin idarə olunması sisteminin formalaşdırılmasının vacibdir. Belə bir sistem risklərin müəyyənləşdirilməsi, proqnozlaşdırılması və qiymətləndirilməsi prosesinin daha effektiv təşkilinə imkan yaradır. risklərin başvermə ehtimalları, təsir səviyyəsi və qarşısının alınması tədbirləri sistemli şəkildə müəyyən edilməli, yekunda isə vahid idarəetmə mexanizmi qurulmalıdır",- o vurğulayıb.

O əlavə edib ki, Azərbaycan iqtisadiyyatında, xüsusilə maliyyə sektorunda risklərin idarə olunması ilə bağlı artıq müəyyən təcrübə formalaşıb.

"Bank və sığorta sektorlarında risk qiymətləndirilməsinin həm tənzimləyici qurumlar, həm də biznes subyektləri tərəfindən daha geniş tətbiq olunur. digər iqtisadi subyektlərdə də risklərin qiymətləndirilməsi mexanizmlərinin inkişaf etdirilməsinə ehtiyac var",- o bildirib.

Aytac

Seçilən
3
anews.az

1Mənbələr