AZ

ABB Özbəkistan bankının nəzarət səhm paketini alıb

Bakı, 8 may, AZƏRTAC

Bu ilin II yarısında “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) Özbəkistanın "Davr Bank"ını alaraq bu ölkədə fəaliyyətə başlayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovun ABB-nin dayanıqlılıq hesabatına dair mətbuat konfransında deyib.

O bildirib ki, Özbəkistan bazarında özəl bankın nəzarət səhm paketinin əldə edilməsi məsələsi ilə bağlı danışıqlarımız müsbət yekunlaşıb.

“Ümid edirik ki, icazə və rəsmiləşdirmə proseslərini sürətlə bitirəcəyik və fəaliyyətə başlayacağıq”, - deyə Abbas İbrahimov vurğulayıb.

Fotoqraf - İlqar Cəfərov

Seçilən
15
1
azertag.az

2Mənbələr