AZ

Səfir Qismət Gözəlov Aşqabadda yaşayan Böyük Vətən müharibəsi iştirakçısı Tahirə Əliyevanı təbrik edib

BAKI. TurkicWorld:

Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlov Aşqabad şəhərində yaşayan yüz yaşlı, azərbaycan əsilli Tahirə Həsən qızı Əliyevanı evində ziyarət edib, faşizm üzərində qələbə münasibətilə təbrik edərək ona gül dəstəsi və hədiyyə təqdim edib.

TurkicWorld xəbər verir ki,səfir Q.Gözəlov T.Əliyevaya onun zəhmətkeş fəaliyyətinin və müharibə illərində arxa cəbhədə göstərdiyi fədakarlığının hörmət və ehtiramla xatırlandığını bildirilərək, ona möhkəm cansağlığı, uzun ömür arzulayıb. Həmçinin, səfir Q.Gözəlov Azərbaycanda, eləcə də Türkmənistanda Böyük Vətən müharibəsi iştirakçılarına dövlət və xalq tərəfindən yüksək qiymət verildiyini vurğulayıb.

Eyni zamanda, T.Əliyeva göstərilən diqqətə və ehtirama görə məmnunluğunu ifadə edib, ölkələrimizə sülh və əmin-amanlıq arzulayıb, müharibə dövrünün ağrılı, lakin qürurlu xatirələrini bölüşüb.

T.Əliyeva İkinci Dünya müharibəsi illərində arxa cəbhədə fəaliyyət göstərib. Müharibə dövründə T.Əliyeva ön cəbhənin ərzaqla təmin olunmasına böyük töhfə verib.

Seçilən
4
turkic.world

1Mənbələr