ain.az bildirir, Avtosfer portalına istinadən.
Masallı rayonunda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs aşkarlanıb.
Avtosfer.az-ın məlumatına görə, “VAZ-2107” markalı nəqliyyat vasitəsini idarə edən Ə.Səfərli təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı onun avtomobili sürücülük hüququ olmadan idarə etdiyi məlum olub.
Davranışları şübhə yaratdığı üçün tibbi müayinəyə aparılan şəxsin marixuana istifadə etdiyi müəyyən edilib.
Məhkəmənin qərarı ilə Ə.Səfərli 15 sutka müddətinə inzibati qaydada həbs olunub.
Nərmin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.