AZ

“Moskva və Yerevanın yeni əməkdaşlıq parametrlərini inkişaf etdirmək üçün lazım olan hər şey var” - Rusiya səfiri

“Rusiya və Ermənistanın yeni əməkdaşlıq parametrlərini inkişaf etdirmək üçün lazım olan hər şey var”.

Missiya.Az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

Diplomat ölkələr arasında münasibətlərin çoxşaxəli və əhatəli olduğunu bildirib.

Onun sözlərinə görə, 30 ildən çox müddət ərzində onlar siyasət və iqtisadiyyatdan mədəniyyət və turizmə qədər müxtəlif sahələrdə inkişaf edib.

Kopırkin qeyd edib ki, maraqların praqmatik uyğunluğuna əsaslanan yeni əməkdaşlıq parametrləri və alqoritmləri hazırlamaq üçün lazım olan hər şeyimiz var:

“Əsas məsələ siyasi iradə nümayiş etdirmək və nəticələrə diqqət yetirməkdir. Biz buna hazırıq", - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
4
missiya.az

1Mənbələr