Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
28 il əvvəl, 1992-ci ildə Şuşanın işğal edilməsi barədə müzakirlər hələ də səngimir.
“Cebheinfo.az” xəbər verir ki, 811 saylı Laçın Alayının komandiri olmuş, polkovnik Arif Paşa həmin tarixlə bağlı məqamları açqılayıb.
“Radist Zulfüqar efirdə tutduğu məlumatlara əsasən, 5 saat əvvəldən Şuşaya hücüm olacağı, 3,5 saat əvvəl isə hücumun dəqiq vaxtı barədə məlumat verir: gecə saat 2:15.
Buna baxmayaraq, hətta gecə saat 24.00 - a qədər müxtəlif hərbi hissələrdən əsgərlər kütləvi şəkildə məzuniyyətə göndərilir, alınmış məlumatlara uyğun olaraq etimal olunan hücum istiqamətləri ilə bağlı heç bir tədbir görülmür və kimlərsə tərəfindən avtomatların nişangahları çıxarılır, tank əleyhinə əl qumbaraatanlarının özləri bir yerə, mərmiləri isə tamam başqa bir yerə yığılır.
Düşmənin hücumundan sonra yuxudan durmuş əsgərlərə "yaranmış xaosda bir – birilərini güllələyərlər" kimi gülünc məntiqlə bir müddət silah da paylanmır.
Şuşaya hücumdan bir neçə dəqiqə sonra Elbrus Orucov minamyot batareyasını da özü ilə götürüb Kosalar kəndinə gedir. Hansı ki, hərbi əhəmiyyətlilik baxımından Şuşa əsas obyekt idi və Şuşanın işğalı Laçının işğalına səbəb olacaqdı”.
Polkovnik bildirib ki, Kosaların düşmən əlinə keçməsi isə Laçının uzaq sol cinahına təhlükə yarada bilərdi:
“Kosalarla Şuşa arasında həmin vaxt rabitə əlaqəsinin olmaması və Kosalara hücumun Şuşaya hücumdan bir neçə saat sonra başlaması isə bu addımın izahına heç bir yer qoymur!
Üstəlik Şuşa kimi mürəkkəb relyefli bir ərazini minamyotların effektif dəstəyindən məhrum etmək də heç bir hərbi məntiqə söykənmir və s. və s.”
Qeyd edək ki, Şuşa 8 may 1992-ci ildə işğal olunmuşdu. 2020-ci ilə noyabrın 8-də qəhrəman Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdi.
Xəzər
“Cebheinfo.az”
Açar sözlər:
işğal Arif Paşa
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.